İQTİSADİYYAT


Bərdədə yeni meşə zolaqları salınır, torpaqların şoranlaşmasının qarşısı alınır

Qarabağ Meşə Meliorasiya İdarəsi 487 hektar meşə zolağına xidmət edir. Bunlardan 70 hektarı Goranboy rayonu ərazisində, 187 hektar Yevlax rayonu, 141 hektar ərazi Bərdə, 73 hektar Ağcabədi və 15 hektarı İmişlinin Bəhramtəpə qəsəbəsində yerləşir.
AZƏRTAC xəbər verir ki, bu meşə zolaqları kanalların kollektor dren şəbəkələrində sahilboyu salınır, sahil bərkitmə işlərinə kömək edir və ekoloji tarazlığı bərpa edir. Artıq idarə tərəfindən bir neçə il öncə salınmış ağac tinglərindən ibarət ərazi meşə zolağına çevrilib.