MƏDƏNİYYƏT


Heydər Əliyev Fondunun dəstəyi ilə Pekində “Nizami Gəncəvi – bütün bəşəriyyətin şairi” adlı tədbir keçirilib

Şanxay Əməkdaşlıq Təşkilatının Pekindəki katibliyində “Nizami Gəncəvi – bütün bəşəriyyətin şairi” adlı tədbir keçirilib.AZƏRTAC xəbər verir ki, “Nizami Gəncəvi İli” çərçivəsində Heydər Əliyev Fondunun, Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) və Azərbaycanın Çin Xalq Respublikasındakı səfirliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Çin hökumətinin Avrasiya məsələləri üzrə xüsusi nümayəndəsi Li Huy, bir neçə ölkənin Pekindəki səfiri, diplomatik korpusun təmsilçiləri, Çin ictimaiyyətinin nümayəndələri iştirak ediblər.