İQTİSADİYYAT


Nur-Sultanda “Azərbaycan Ticarət Evi”nin açılışı olub

Qazaxıstanın paytaxtı Nur-Sultanda “Azərbaycan Ticarət Evi”nin açılış mərasimi keçirilib. Bununla əlaqədar təşkil olunmuş tədbirdə hər iki ölkənin rəsmi şəxsləri, Azərbaycan-Qazaxıstan iqtisadi əlaqələr üzrə işçi qrupunun üzvləri, sahibkarlar, bu ölkədə akkreditə olunan diplomatik korpusun rəhbərləri iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq tapşırığının icrası olaraq İqtisadiyyat Nazirliyi tərəfindən yaradılmış “Azərbaycan Ticarət Evi” “Made in Azerbaijan” brendinin Qazaxıstan bazarında daha çox tanıdılmasına, Azərbaycan məhsullarının ixracının təşviqi və genişləndirilməsinə dəstək göstərəcək, Nur-Sultanda satışını təşkil edəcək, bu sahədə əlaqələndirməni həyata keçirəcək.