İQTİSADİYYAT


Suraxanı rayonu Cəlal Qurbanov küçəsi əsaslı şəkildə təmir edilib

Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində ümumi uzunluğu 4.3 km olan 4 küçədə və Şərq yaşayış massivi yolunda yenidənqurma işlərinin aparılması nəzərdə tutulurdu ki, bu istiqamətdə bir müddətdir işlərə start verilib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, bu çərçivədə qəsəbədə 1 km uzunluğa malik Cəlal Qurbanov küçəsində aparılan təmir-tikinti işləri yüksək keyfiyyətlə qısa müddət ərzində icra olunaraq yekunlaşdırılıb.