İQTİSADİYYAT


“Fiziki şəxslərin fəaliyyətinin onlayn dayandırılması ərizəsi”nə dair videotəlimat hazırlanıb

Dövlət Vergi Xidməti vergi ödəyicilərinə təqdim olunan elektron xidmətlərin təşviqi məqsədilə daha bir videotəlimat hazırlayıb.
Bu barədə AZƏRTAC-a Dövlət Vergi Xidmətinin Media və Kommunikasiya İdarəsindən bildirilib.“Fiziki (hüquqi) şəxslərin fəaliyyətinin onlayn dayandırılması ərizəsi”nin tərtib olunması və göndərilməsi qaydası” adlı videotəlimat ərizənin onlayn tərtib olunması və göndərilməsi prosesini izah edir.