İQTİSADİYYAT


Bakı metrosu iyun ayı ərzində hər gün sərnişindaşıma fəaliyyəti göstərəcək

Futbol üzrə UEFA Avropa çempionatının final mərhələsinin oyunlarına ilk dəfə ev sahibliyi edəcək paytaxt Bakının əsas ictimai nəqliyyat vasitələrindən olan metropoliten də sərnişinlərinə xidmət edəcək.“Bakı Metropoliteni” QSC-dən AZƏRTAC-a bildirilib ki, Birinci Avropa və İslam Həmrəylik oyunlarında, futbol üzrə UEFA Avropa liqasının final matçında olduğu kimi, Bakı metrosu bu dəfə də sərnişinlərinə nümunəvi xidmət göstərməyə hazırdır.