DÜNYA


Çinin “Şencou-12” kosmik gəmisini orbitə qaldıran raketdaşıyıcının buraxılışı olub

Çinin kosmik stansiyasının quraşdırılması üçün nəzərdə tutulan “Şencou-12” (“Shenzhou-12”) missiyasına start verilib.AZƏRTAC xəbər verir ki, kosmik stansiyanın quraşdırılması üçün ilk insan missiyasında iştirak edən 3 kosmonavtın olduğu kosmik gəmini orbitə qaldıracaq “Böyük yürüş-2F Y12” (“Long March-2F Y12”) raketdaşıyıcısının buraxılışı Qobi səhrasındakı Ciuçuan buraxılış məntəqəsindən yerli vaxtla 9:22-də (Bakı vaxtı ilə 5:22) həyata keçirilib.