DÜNYA


Çində 900 milyon ton ehtiyatı olan neft-qaz yatağı kəşf edilib

Çinin şimal-qərbindəki Sincan Uyğur muxtar bölgəsində təxminən 900 milyon ton neft-qaz ehtiyatı olan yataq kəşf edilib.
AZƏRTAC Çin Milli Neft Korporasiyasına (CNPC) istinadla xəbər verir ki, Tarım hövzəsindəki Təkləməkan səhrasında yerləşən yatağın kəşfiyyat işləri 6 il davam edib. Qazma dərinliyi 8480 metr olan quyu Tarım hövzəsində indiyədək qazılmış ən dərin quyudur. Ərazinin yüksək seysmik zona olması və karbonat qayalıqlar bu quyunu dünyanın ən çətin kəşf olunan yataqlarından biri edir.