Hindistanda COVID-19 virusuna yoluxanların sayı 30 milyonu ötüb
23.06.2021 [15:50]
Xəbərin mətni
Hindistanda ötən sutka COVID-19 infeksiyasına 50 min 848 yoluxmanın qeydə alınması ilə ölkədə bu virusa yoluxanların ümumi sayı 30 milyonu ötüb. Hindistan 30 milyonluq həddi keçən 2-ci ölkədir.
AZƏRTAC Hindistanın Federal Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, ötən gün COVID-19 səbəbindən 1358 ölüm qeydə alınıb. Hindistanda indiyədək 390 min 660 nəfər pandemiyanın qurbanı olub. Aktiv xəstə sayı təxminən 643 min nəfərdir.