SİYASƏT


Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 103 illiyi münasibətilə Kiyevdə tədbir keçirilib

Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 103 ili münasibətilə Ukraynanın paytaxtı Kiyevdə tədbir keçirilib.AZƏRTAC xəbər verir ki, Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Elmira Axundova, Azərbaycan Silahlı Qüvvələrinin Ukraynadakı Hərbi attaşe aparatı, xarici ölkələrin Ukraynadakı səfirliyinin hərbi attaşeləri, səfirliyin diplomatları, Birinci Qarabağ müharibəsi iştirakçıları, SOCAR-ın Ukraynadakı nümayəndəliyi, diaspor rəhbərləri əvvəlcə, Kiyevdə ümummilli lider Heydər Əliyevin adını daşıyan parkda onun abidəsi önünə tər çiçəklər düzüb, Ulu Öndərin əziz xatirəsini yad ediblər.