GUAM ölkələri arasında azad ticarət zonasının yaradılması istiqamətində irəliləyiş əldə edilib
09.07.2021 [19:21]
Xəbərin mətni
İyulun 9-da Ukraynanın paytaxtı Kiyevdə GUAM-ın Milli Əlaqələndiricilər Şurasının 55-ci iclası keçirilib. AZƏRTAC xəbər verir ki, pandemiyaya görə, GUAM-ın Milli Əlaqələndiricilər Şurasının 54-cü iclası 2020-ci ildə onlayn şəkildə keçirilmişdi. İclasda Gürcüstanın 2021-ci ildə quruma sədrliyi zamanı həyata keçiriləcək layihələrin təqdimatı müzakirə edilib. Gürcüstanın GUAM-dakı nümayəndə heyətinin rəhbəri, Xarici işlər nazirinin müavini Teymuraz Cancaliya il ərzində hansı istiqamətlərdə əməkdaşlığa üstünlük verəcəyini açıqlayıb.