Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ukraynanın nüfuzlu telekanalı Şuşadan xüsusi reportaj yayımlayıb

11.07.2021 [12:56]

Xəbərin mətni

Ukraynanın nüfuzlu telekanalı Şuşadan xüsusi reportaj yayımlayıb.AZƏRTAC xəbər verir ki, “Ukrayna” telekanalının xəbərlər proqramında Şuşaya ezam olunan müxbiri görülən quruculuq işlərindən danışıb. Şuşada ilk çörək sexində olan ukraynalı jurnalist orada yaradılan yüksək şəraiti qeyd edib. Reportajda, həmçinin Azərbaycan Ordusunun Şuşanın azad olunması uğrunda rəşadətli döyüşü haqqında maraqlı faktlar qeyd olunub, xüsusi təyinatlılarımızın göstərdiyi qəhrəmanlıqlar vurğulanıb.

BÖLMƏNİN DİGƏR VİDEOLARI