DÜNYA


Pekin aeroportları güclü yağışa görə 441 reysi ləğv edib

Pekinin iki beynəlxalq aeroportu – Şoudu və Dasin hava limanları güclü yağış səbəbindən bu gün ümumilikdə 440 – dan çox aviareysi ləğv edib.
AZƏRTAC xəbər verir ki, bu barədə aeroportlar WeChat sosial şəbəkəsində məlumat yerləşdiriblər. Şoudu aeroportunda bu günə planlaşdırılan 806 reysdən 285-i, Dasin aeroportunda isə 598 reysdən 156-sı ləğv olunub.