DÜNYA


Çində mehmanxananın çökməsi nəticəsində ölənlərin sayı 8-ə çatıb

Çinin Ciansu vilayətində mehmanxana binasının çökməsi nəticəsində ölənlərin sayı 8-ə çatıb, 9 nəfər itkin düşmüş hesab olunur.
AZƏRTAC vilayət hökumətinin məlumatına istinadla xəbər verir ki, Sucou şəhərində iyulun 12-də baş verən bədbəxt hadisədən dərhal sonra xilasedicilər 8 nəfəri dağıntılar altında yaralı vəziyyətdə, bir nəfərin isə meyitini tapıblar. Axtarış işlərinin gedişində daha 7 nəfərin meyiti tapılıb. İtkin düşənlərin axtarış işləri davam etdirilir.