DÜNYA


Almaniyada daşqınlar: 33 nəfər həlak olub, 70-dək insan itkin düşüb

Almaniyanın Şimali Reyn-Vestfaliya və Reynland-Pfalz federal torpaqlarında baş verən daşqınlar nəticəsində azı 33 nəfər həlak olub.
AZƏRTAC yerli “Bild” tabloidinə istinadla xəbər verir ki, daşqınlardan ən çox zərər çəkən Arvayler rayonunda (Reynland-Pfalz) ölənlərin sayı 18 nəfərə çatır. Reynland-Pfalz federal əyalətinin daxili işlər naziri Rocer Leventsin sözlərinə görə, 50 nəfərdən 70 nəfərədək insan itkin düşmüş sayılır.