DÜNYA


Leysan yağışları Avstriyanın müxtəlif bölgələrində dağıntılara səbəb olub

Aramsız yağan leysan yağışları və çayların məcrasından çıxması Avstriyanın bir sıra bölgəsində dağıntılara səbəb olub.
AZƏRTAC xəbər verir ki, iyulun 17-də axşamdan başlayan güclü yağış nəticəsində Kotbax çayında suyun səviyyəsi qalxıb və Zaltsburq əyalətinin Hallayn şəhərinin qədim mərkəzi su altında qalıb. Eləcə də Yuxarı Avstriya əyalətində torpaq sürüşmələri və daşqınlar baş verib.