DÜNYA


Çində şiddətli yağışlar 12 nəfərin ölümünə səbəb olub

Çinin Henan vilayətində şiddətli yağışların törətdiyi fəsadlar 12 nəfərin ölümünə, 2 nəfərin itkin düşməsinə səbəb olub.AZƏRTAC vilayət hökumətinin məlumatına istinadla xəbər verir ki, bir neçə gündür davam edən mövsüm yağışlarının miqdarı vilayətin paytaxtı Cencouda 449 millimetrə çatıb. Nəticədə küçələri su basıb, yaşayış binalarının birinci mərtəbələrinə, mağazalara, restoranlara, sosial obyektlərə, hətta metro stansiyalarına su dolub. Cenconun küçələri iri çayları xatırladıb. Təbii fəlakət nəticəsində 11 nəfər ölüb.