DÜNYA


Çində şiddətli yağışlar nəticəsində ölənlərin sayı 25-ə çatıb

Çinin Henan vilayətində şiddətli yağışların törətdiyi fəsadlar səbəbindən ölənlərin sayı 25-ə, itkin düşənlərin sayı 7-yə çatıb.AZƏRTAC xəbər verir ki, bu barədə vilayətin təbii fəlakətlərlə mübarizə komissiyası məlumat yayıb. Vilayətin paytaxtı Cencouda mövsüm yağışlarının miqdarı 640 millimetrə çatıb ki, bu da təxminən illik normaya yaxındır. Yerli mətbuatın “Henanda əsrin fəlakəti” adlandırdığı şiddətli yağışlar səbəbindən 200 min nəfər təxliyə edilib. Ümumilikdə 1,2 milyon nəfərə ziyan dəyib.