DÜNYA


Çində şiddətli yağışların törətdiyi fəsadlar nəticəsində ölənlərin sayı 33-ə çatıb

Çinin Henan vilayətində bir neçə gündür davam edən mövsüm yağışlarının yaratdığı fəsadlar səbəbindən ölənlərin sayı 33-ə, itkin düşənlərin sayı 8-ə çatıb.
AZƏRTAC vilayətin təbii fəlakətlərlə mübarizə komissiyasına istinadla xəbər verir ki, şiddətli yağışlar 3 milyondan çox sakinin həyatına mənfi təsir göstərib. Təbii fəlakət zonasından 376 min nəfər təxliyə edilib. Sel və daşqın 215 min hektar əkin sahəsində məhsulu yararsız hala salıb. İqtisadiyyata dəyən maddi zərər 1,22 milyard yuan (təxminən 188,6 milyon ABŞ dolları) dəyərində qiymətləndirilir. Bundan başqa, xeyli fərdi mənzilə, kommersiya obyektinə, avtomobillərə ziyan dəyib.