DÜNYA


Türkiyədə baş vermiş sel fəlakəti nəticəsində ölənlərin sayı 31 nəfərə çatıb

Türkiyənin Qaradəniz bölgəsində baş vermiş sel fəlakəti nəticəsində ölənlərin sayı 31 nəfərə çatıb.
AZƏRTAC xəbər verir ki, ölkənin Kastamonu vilayətində 29, Sinopda isə 2 nəfərin cəsədi tapılıb. Daha on nəfər müxtəlif bədən xəsarətləri ilə xəstəxanalara yerləşdiriliblər. İtkin düşən yüzə yaxın vətəndaşın axtarışı davam etdirilir.