DÜNYA


Kanada məhkəməsi “Huawei”in maliyyə direktorunun sərbəst buraxılmasına qərar verib

Kanada məhkəməsi Çinin telekommunikasiya nəhəngi “Huawei” şirkətinin maliyyə direktoru Men Vancounun sərbəst buraxılmasına qərar verib.
AZƏRTAC Çin mediasına istinadla xəbər verir ki, məhkəmə bu qərarı Men Vancounun ABŞ-ın Ədliyyə Nazirliyi ilə istintaq barədə razılıq əldə etməsindən sonra verib. Məhkəmə xanım Men Vancouya qarşı məhkəmə işini dayandırıb və onun Kanadanı tərk etməsinə icazə verib. Qərarın elan olunmasından bir neçə saat sonra 2018-ci ilin dekabrından Kanadada saxlanılan Men Vancou ölkəsinə yola düşüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır