CƏMİYYƏT


Düşmənə dərs keçən müəllim

“Düşmənə dərs keçən müəllim” - Vətən müharibəsi şəhidi Elvin İmaməliyevin xatirəsinə inşa edilən abidənin üzərinə bu sözlər yazılıb. O, Ağstafa şəhər 1 saylı orta məktəbin direktoru idi. Vətən müharibəsində torpaqlarımızın ərazi bütövlüyü uğrunda gedən döyüşlərə könüllü olaraq qatılmışdı. Şagirdlərin vətənpərvərlik ruhunun yüksəldilməsinə çalışan Elvin İmaməliyev özü onlara ömürlük nümunə oldu.AZƏRTAC xəbər verir ki, bu gün şəhid məktəb direktorunun rəhbəri olduğu Ağstafa şəhəri 1 nömrəli tam orta məktəbdə abidə kompleksinin açılışı olub. Tədbirdə rayon ictimaiyyətinin nümayəndələri, təhsil işçiləri və şəhidin ailə üzvləri, qazilər, döyüş yoldaşları iştirak ediblər.