Sədr müavini: Azərbaycanda turizm sahəsində çalışanların sayı 46 faiz artıb
19.11.2026 [13:24]
Xəbərin mətni
Bütövlükdə turizm sektoru bir ekosistemdir. Çünki turizm sektoru bir neçə sahəni özündə birləşdirir. Sevindirici haldır ki, 2019-2025-ci illərdə turizmin iqtisadiyyatda payı 4,5 faizdən 5,4 faizə qədər artıb. Bunu Dövlət Turizm Agentliyinin sədr müavini Azadə Hüseynova Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə keçirilən Dövlət- Biznes Əməkdaşlığı Forumunda "İşəgötürənlərin gözləntiləri, dövlət dəstəyi və əməkdaşlıq imkanları" adlı panel sessiyada çıxış edərkən deyib.