Azərbaycan Dövlət İnformasiya Agentliyi

Gələn il sahibkarlar mobil həllər vasitəsilə avtomatlaşdırılmış bəyannamələri təqdim edə biləcək

19.11.2026 [13:01]

Xəbərin mətni

2027-ci ildən etibarən Dövlət Vergi Xidmətində olan informasiyalar əsasında, mobil həllər vasitəsilə tam avtomatlaşdırılmış bəyannamələrin təqdim edilməsi prosesini işə salmağı planlaşdırırıq. Bununla bağlı artıq müvafiq texniki həllər tamamlanmaq üzrədir. Bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Emil Qarayev Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə keçirilən Dövlət- Biznes Əməkdaşlığı Forumunda "İşəgötürənlərin gözləntiləri, dövlət dəstəyi və əməkdaşlıq imkanları" adlı panel sessiyada çıxış edərkən deyib.