DÜNYA


Türkiyənin milli texnologiya hərəkatının banisi Özdemir Bayraktar son mənzilə yola salınıb

Türkiyənin milli texnologiya hərəkatının banisi, milli silahlı pilotsuz uçuş aparatları (SİHA) istehsalçısı olan “Baykar” şirkətinin idarə heyətinin sədri Özdemir Bayraktar uzun sürən xəstəlikdən sonra oktyabrın 18-də 72 yaşında vəfat edib. Qeyd edək ki, bu gün mərhumun cənazə namazı Fatih məsciddində qılındıqdan sonra İstanbulun Sarıyer bölgəsindəki ailə məzarlığında dəfn olunub. AZƏRTAC xəbər verir ki, aviasiyaya marağı səbəbi ilə xüsusi pilot sertifikatı olan Özdemir Bayraktar Türkiyənin pilotsuz uçuş aparatları texnologiyalarının memarı hesab edilir.Qeyd edək ki, Özdemir Bayraktarın oğulları da “Baykar” şirkətinin rəhbərliyində təmsil olunur. Onun böyük oğlu Haluk “Baykar” şirkətinin baş direktoru, Selçuk isə texniki direktorudur.Özdemir Bayraktar və oğlu Haluk “Baykar” şirkəti tərəfindən hazırlanan “Bayraktar TB2” SİHA-larının Qarabağın işğaldan azad olunmasında mühüm rolu ilə əlaqədar 2021-ci ildə Prezident İlham Əliyevin imzaladığı Sərəncamla “Qarabağ” ordeni ilə təltif edilib.