DÜNYA


Çinin Ecina qəsəbəsində sakinlərin kütləvi şəkildə koronavirus testindən keçirilməsinə başlanılıb

Çinin Daxili Monqolustan muxtar bölgəsinin Ecina qəsəbəsində sakinlərin 5-ci mərhələ üzrə kütləvi şəkildə koronavirus testindən keçirilməsinə başlanılıb.
AZƏRTAC qəsəbənin epidemiya ilə mübarizə qərargahına istinadla xəbər verir ki, daha bir mərhələdə test prosesinə start verilməsi yoluxma hallarının davam etməsidir. Ötən sutka daha 26 nəfərin virusa yoluxduğu aşkarlanıb. Oktyabrın ortasından başlayan yeni dalğada ümumilikdə 84 yoluxma aşkarlanıb. Hazırda qəsəbədə sərt karantin rejimi tətbiq olunur, sakinlərin evdən və ya olduqları yerdən çıxmasına icazə verilmir.