SİYASƏT


Azərbaycanın Zəfər Günü münasibətilə Ankarada rəsmi qəbul təşkil olunub

Böyük Qələbənin birinci ildönümü, 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycanın Türkiyədəki səfirliyi tərəfindən Ankarada rəsmi qəbul təşkil edilib.
AZƏRTAC xəbər verir ki, Türkiyə və Azərbaycanın parlament üzvləri, qardaş ölkənin hökumət və dövlət nümayəndələri, silahlı qüvvələrinin qoşun növü komandanları, hüquq-mühafizə orqanlarının rəhbərləri, Ankaradakı diplomatik korpus nümayəndələri, qazilərimiz, tanınmış siyasətçilər, ictimai xadimlər, Azərbaycan diasporunun fəallarının iştirak etdiyi bayram tədbiri Vətən uğrunda canlarından keçən şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.