SİYASƏT


Naxçıvanda döyüş atışlı taktiki təlimlər keçirilib

“Naxçıvan Qarnizonu Qoşunlarının 2021-ci tədris ilinə uzlaşma planı”na əsasən Əlahiddə Ümumqoşun Ordunun artilleriya, reaktiv, minaatan və tankəleyhinə batareyaları ilə döyüş atışlı taktiki təlimlər keçirilib.Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, artilleriya bölmələri həyəcan siqnalı ilə daimi dislokasiya məntəqələrindən təyinat rayonlarına hərəkət edərkən verilən müdaxiləyə əsasən hərəkətdən birbaşa döyüş düzülüşünə açılaraq döyüş tətbiqinə hazırlanıb.