DÜNYA


İtaliyalı pilotlar Baltik səmasının mühafizəsi üzrə estafeti Belçika Hərbi Hava Qüvvələrinə ötürüblər

Estoniyanın Emari aviabazasında Baltikyanı ölkələrin hava məkanının mühafizəsi üzrə estafet İtaliya Hərbi Hava Qüvvələrindən (HHQ) Belçika HHQ-yə ötürülüb.AZƏRTAC Estoniya mətbuatına istinadla xəbər verir ki, Estoniyanın müdafiə qüvvələrinin komandanı general-leytenant Martin Herem italiyalı hərbi qulluqçulara göstərdikləri xidmətlərə görə təşəkkürünü bildirib. O, növbəti dörd ay ərzində Estoniyada qalacaq belçikalı hərbçiləri salamlayıb.