Azərbaycan Dövlət İnformasiya Agentliyi

ABŞ-da dağıdıcı tornadolar nəticəsində 80-dən çox insan həlak olub

13.12.2021 [13:22]

Xəbərin mətni

ABŞ-da dağıdıcı tornadolar silsiləsi nəticəsində 80-dən çox insan həlak olub.AZƏRTAC xəbər verir ki, tornado Arkanzas, İllinoys, Kentukki, Missuri, Missisipi və Tennessi ştatlarını cənginə alıb. Həlak olanların və zərərçəkənlərin sayı artmaqda davam edir. Ehtimal ki, bu rəqəm 150-dən çox olacaq, çünki uçqunlar altında hələ də insanlar qalır və itkin düşənlər çoxdur.