Çində Nankin qırğını qurbanlarının xatirəsi anılır
13.12.2021 [16:13]
Xəbərin mətni
Çinin Ciansu vilayətinin inzibati mərkəzi olan Nankin şəhərində 1937-ci ildə yapon ordusunun törətdiyi qırğınlarda ölənlərin xatirəsi anılıb.AZƏRTAC xəbər verir ki, 1937-1945-ci illər yapon-Çin müharibəsi dövründə Çinin o zamankı paytaxtı olan Nankində baş verən hadisələrin 84-cü ildönümü ilə əlaqədar anım mərasimi keçirilib. Nankin qırğını qurbanlarının xatirə muzeyinin qarşısında keçirilən tədbirdə dövlət rəsmiləri, ictimaiyyət nümayəndələri, qırğın qurbanlarının yaxınları iştirak edib. Yerli vaxtla saat 10:01-də bir dəqiqəlik sükut elan edilib.