Azərbaycan Dövlət İnformasiya Agentliyi

Haitidə yanacaq daşıyan avtomobilin partlaması nəticəsində 50 nəfər həlak olub

14.12.2021 [19:05]

Xəbərin mətni

Haitinin Kap-Aityen şəhərində yanacaq dolu avtomobil sisterninin partlaması nəticəsində ən azı 50 nəfər həlak olub.
AZƏRTAC France-Presse agentliyinə istinadla xəbər verir ki, hadisə nəticəsində, həmçinin 47 nəfər ağır dərəcəli xəsarətlər alıb. Yaralılar yaxınlıqdakı xəstəxanalara yerləşdirilib. Hazırda mütəxəssislər həlak olanların və xəsarət alanların axtarışını davam etdirir.