ELM VƏ TƏHSİL


Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illik yubileyi qeyd olunub

Dekabrın 17-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) 100 illik yubileyi qeyd olunub.
AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Mərkəzində keçirilən mərasimdə Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, Milli Məclisin deputatları, dövlət və hökumət rəsmiləri, elmi ictimaiyyətin nümayəndələri iştirak ediblər.