Çində kömür mədənində köməksiz vəziyyətdə qalan şaxtaçılardan 20 nəfəri xilas edilib, ikisi ölü tapılıb
18.12.2021 [13:49]
Xəbərin mətni
Çinin Şensi vilayətindəki kömür mədənlərindən birində dekabrın 15-də baş verən su basması nəticəsində köməksiz vəziyyətdə qalan şaxtaçılardan 20 nəfəri xilas edilib, 2-sinin isə cəsədi tapılıb.AZƏRTAC yerli hökumətin məlumatına istinadla xəbər verir ki, Siaoyi şəhərindəki mədəndə qalan şaxtaçıların xilas edilməsi əməliyyatının gedişində mədəndə yığılmış su bir neçə nasos vasitəsilə sorulub.