MƏDƏNİYYƏT


Nizami Gəncəvinin əsərləri qazax dilinə tərcümə olunub

Nur-Sultanda Beynəlxalq Türk Akademiyası Nizami Gəncəvinin anadan olmasının 880 illiyi, Əlişir Nəvainin anadan olmasının 580 illiyi və Yunus Əmrənin vəfatının 700 illiyinə həsr olunmuş “Şərqin ulduzları” adlı konfransı keçirib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Qazaxıstan Parlamenti Senatının sədri Maulen Aşimbayev, Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırali, deputatları, diplomatik korpusun rəhbərləri, şair və yazıçılar, ictimai nümayəndələri iştirak ediblər.