MƏDƏNİYYƏT


Tokioda təşkil edilən caz konsertində Azərbaycan mahnıları və rəqsləri sürəkli alqışlarla qarşılanıb

Tokioda tanınmış caz ifaçısı, “Excellence Award” mükafatının qalibi xanım Kyoko Yamamotanın Azərbaycan dilində səsləndirdiyi “Sarı gəlin” və “Bana-bana gəl” mahnıları və soydaşımız Dilarə Qazıyeva-Sato tərəfindən nümayiş etdirilən milli rəqslər tamaşaçıların sürəkli alqışları ilə qarşılanıb.