Azərbaycan Dövlət İnformasiya Agentliyi

Yaponiyada güclü qar səbəbindən onlarla aviareys təxirə salınıb

31.12.2021 [10:24]

Xəbərin mətni

Yapon dənizi sailləri boyunca yağan güclü qar səbəbindən Yaponiyada onlarla aviareys təxirə salınıb.
AZƏRTAC xəbər verir ki, bu barədə dekabrın 31-də NHK telekanalı məlumat yayıb. Təxirə salınan reyslərin əsasən paytaxt Tokio ilə Niiqata və Toyama prefekturaları arasında hərəkət etdiyi qeyd edilir.