Azərbaycan Dövlət İnformasiya Agentliyi

Çində torpaq sürüşməsi 14 nəfərin ölümünə səbəb olub

04.01.2022 [18:02]

Xəbərin mətni

Çinin cənub-qərbindəki Quycou vilayətində tikinti sahəsində baş verən torpaq sürüşməsi nəticəsində 14 nəfər həlak olub.
AZƏRTAC vilayət hökumətinin məlumatına istinadla xəbər verir ki, hadisə Bicie şəhərində baş verib. Həyata keçirilən axtarış-xilasetmə işləri nəticəsində 14 nəfərin meyiti tapılıb. Yüngül xəsarət almış 3 nəfər isə xəstəxanaya yerləşdirilib.Axtarış-xilasetmə işlərinə mülki müdafiə qüvvələrinin və polis əməkdaşlarından ibarət mindən çox insan cəlb olunub.