Çində 6,9 bal gücündə zəlzələ olub
08.01.2022 [13:35]
Xəbərin mətni
Çinin şimal-qərbindəki Çinhay vilayətində 6,9 bal gücündə zəlzələ olub.
AZƏRTAC Çin Seysmologiya Mərkəzinin məlumatına istinadla xəbər verir ki, yeraltı təkanlar Menyüən rayonu ərazisində gecə saat 1:45-də qeydə alınıb. Zəlzələ ocağı vilayətin paytaxtı olan Sinin şəhərindən 136 kilometr məsafədə, Yer səthindən 10 kilometr dərinlikdə olub.