Azərbaycan Dövlət İnformasiya Agentliyi

DÜNYA

Türkiyə ərazisində hökm sürən əlverişsiz hava şəraiti turistik bölgələrdə fəsadlar yaradıb

09.01.2022 [14:54]

Xəbərin mətni

Türkiyə ərazisində hökm sürən əlverişsiz və yağıntılı hava şəraiti bir sıra bölgələrdə fəsadlar törədib.
AZƏRTAC xəbər verir ki, ölkənin Muğla vilayətində yağan leysan yağışları ərazidə su daşqınları yaradıb. Çox sayda ev və iş yeri, eləcə də əkin ərazilərini su basıb.
Muğlanın turistik bölgələri olan Marmaris və Bodrum rayonlarında da analoji hal müşahidə edilib.