DÜNYA


Hindistanın Mumbay şəhərində yaşayış binasında baş verən yanğın 7 nəfərin ölümünə səbəb olub

Hindistanın Mumbay şəhərində yaşayış binasında baş verən güclü yanğın nəticəsində 7 nəfər ölüb, bir neçə nəfər ağır yaralanıb.
AZƏRTAC Sinxua agentliyinə istinadla xəbər verir ki, yanğın 20 mərtəbəli binanın 18-ci mərtəbəsində başlayıb. Hadisə yerinə 13 yanğınsöndürən maşın cəlb olunub. Yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıb.