DÜNYA


Türkiyədə yağan güclü qar çox sayda fəsadlar törədib

Türkiyədə hökm sürən şaxtalı və qarlı hava səbəbindən ölkənin müxtəlif bölgələrində çox sayda avtomobil qəzası baş verib.AZƏRTAC xəbər verir ki, yanvarın 22-dən etibarən təsirini daha da artıran güclü qar yollarda buzlaşma yaradıb. Bu gün səhər saatlarından etibarən Türkiyənin İstanbul, Tokat və Amasya vilayətlərində üç sərnişin avtobusu aşıb. İlkin məlumata görə, dörd nəfər ölüb, 48 nəfər müxtəlif bədən xəsarətləri alıb.Hidrometeoroloqlar ölkə ərazisində temperaturun daha da düşəcəyi ilə bağlı xəbərdarlıq ediblər.