DÜNYA


Attika yollarında beş mindən çox avtomobil “qar tələsinə” düşüb

Güclü qar “Attiki Odos” avtomobil yolunda beş mindən çox maşının hərəkətinə maneə yaradıb, bəzi sürücülər artıq 12 saatdan çoxdur ki, “qar tələsində” qalıb.
AZƏRTAC “Proto tema” qəzetinə istinadla xəbər verir ki, avtomobil yolunun qalın qarla örtülməsi kilometrlərlə uzanan tıxacların meydana gəlməsinə səbəb olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır