SİYASƏT


Dnepr meri: Azərbaycan Ukraynanın çətin dönəmində əsl dost olduğunu bir daha sübut etdi

Azərbaycan Ukraynanın çətin dönəmində əsl dost olduğunu bir daha sübut etdi. Bəzi Qərb ölkələri diplomatlarını geri çağırdığı halda, Azərbaycan diplomatları ölkənin şərq hissəsinə gələrək çox böyük mədəni tədbirlər keçirirlər.
AZƏRTAC xəbər verir ki, bunu Dnepr şəhərinin meri Boris Filatov Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Elmira Axundova və Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) baş katibi Düsen Kaseinovla görüşü zamanı söyləyib.