CƏMİYYƏT


Şəhid Qoşqar Vəliyevin xatirəsi anılıb

Vətən müharibəsi şəhidi Qoşqar Vəliyevin doğum günündə xatirəsi yad edilib. Şəhidin Füzuli rayonu Kərimbəyli kəndində məzarı ziyarət olunub, ruhuna dualar oxunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhid Vəliyev Qoşqar Nuruş oğlunun anım mərasimində şəhidin ailəsi ilə bərabər, Füzuli Rayon İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsinin əməkdaşları, təhsil və mədəniyyət işçiləri, məktəb kollektivi, döyüş yoldaşları, qazilər, veteranlar, kənd sakinləri iştirak ediblər. Öncə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Çıxışlar zamanı Qoşqarın həyatından, Vətənə olan sevgisindən və döyüşlərdə göstərdiyi şücaətdən danışılıb.