Azərbaycan Dövlət İnformasiya Agentliyi

Deputat: Ərzaq təhlükəsizliyi regionlarımızın davamlı inkişafı ilə birbaşa bağlıdır

16.10.2026 [11:38]

Xəbərin mətni

Bu gün Ümumdünya Qida Gününü qeyd edirik. Bu gün bizə xatırladır ki, ərzaq sadəcə əmtəə deyil, insan ləyaqətinin, ictimai sağlamlığın, sosial sabitliyin və sülhün təməlidir. Bununla belə, dünyamız hələ də ciddi ziddiyyətlə üz-üzədir: milyonlarla insanın kifayət qədər keyfiyyətli və qidalı ərzaq əldə etməkdə çətinlik çəkdiyi, eyni zamanda, külli miqdarda ərzağın itirildiyi və ya israf edildiyi halda, biz yalnız istehsalla bağlı problemlə üzləşmirik. Bu, həm də ərzağa çıxış, onun bölüşdürülməsi, dayanıqlılıq və resurslarımızı necə idarə etməyimizlə bağlı problemdir. Bunu Milli Məclisin deputatı, COP29-un İqlim Dəyişmələri üzrə yüksəksəviyyəli çempionu Nigar Arpadarai 16 Oktyabr - Ümumdünya Qida Gününə həsr olunmuş "Bu gün innovasiya et, sabahın qidasını təmin et” adlı tədbirdə çıxış edərkən deyib.