Yeni istifadəyə verilmiş penitensiar müəssisələr ictimaiyyətə təqdim olunub
15.04.2022 [16:54]
Xəbərin mətni
Cəmiyyətimizin həssas qrupu olan yetkinlik yaşına çatmayan və qadın məhkumlar üçün bu ərəfədə Bakıda yeni inşa olunmuş penitensiar müəssisələr istifadəyə verilib. İnsan haqlarının, o cümlədən məhkumların hüquqlarının qorunmasına daim xüsusi önəm verən Azərbaycan Prezidenti İlham Əliyev həmin müəssisələrə şəxsən baş çəkərək yaradılan şəraitlə tanış olub.