CƏMİYYƏT


Gürcüstanın mədəniyyət xadimləri, ekoloqlar, türkoloqlar və blogerlər Ağdamda erməni vəhşiliyinin şahidi olublar

Gürcüstanın mədəniyyət xadimləri, ekoloqlar, türkoloqlar və blogerlərindən ibarət nümayəndə heyəti Ermənistanın işğalından azad olunmuş Ağdam şəhərinə səfər ediblər.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, nümayəndə heyəti Ağdamda ermənilərin törətdikləri vəhşiliklərlə tanış olub, işğal dövründə dağıdılmış yaşayış binalarına, mülki obyektlərə, dini, mədəni və tarixi abidələrə, həmçinin İmarət kompleksinə, Ağdam Cümə məscidinə, Dram teatrının qalıqlarına, Şəhidlər xiyabanına baxış keçiriblər. Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları qonaqlara Ağdamın tarixi, indiki vəziyyəti, burada törədilən erməni faşizmi barədə də ətraflı məlumat verib.