CƏMİYYƏT


Başlıbel qətliam ilə əlaqədar videomaterial və infoqrafika hazırlayıb

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ermənilərin 29 il əvvəl Kəlbəcər rayonunun Başlıbel kəndində törətdiyi qətliamla əlaqədar videomaterial və infoqrafika hazırlayıb.AZƏRTAC xəbər verir ki, videomaterialda Başlıbel kənd sakinləri şahidi olduqları faciə haqqında, erməni silahlılarının kənd sakinlərini, o cümlədən qadınları, qocaları və azyaşlıları amansızlıqla qətlə yetirdiyi barədə danışıblar.