Azərbaycan Dövlət İnformasiya Agentliyi

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib

19.04.2022 [18:17]

Xəbərin mətni

Bakı-Qazax avtomagistralında yol-nəqliyyat hadisəsi baş verib.AZƏRTAC xəbər verir ki, qəza Tovuz rayonunun Qovlar şəhərinin ərazisində qeydə alınıb. Belə ki, Kəlbəcər rayon sakini Cahid Tağıyevin idarə etdiyi avtomobil Qazax rayonu istiqamətdə hərəkətdə olarkən, eyni istiqamətdə hərəkət edən digər nəqliyyat vasitəsi ilə toqquşub.Qəzadan sonra avtomobillər yol kənarındakı maneələrə çırpılıb. Xəsarət alan olmasa da, hər iki avtomobilə ciddi ziyan dəyib.Hadisənin baş vermə səbəbləri araşdırılır.